İqtisadiyyat

Bakı metrosunda sərnişin daşımaları 8%-dək artıb

Bu ilin sentyabr ayında Bakı metropoliteni üzrə sərnişin axını yay aylarına nisbətdə 8%-dək artıb.
“Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Elxan Məmmədov “APA-Economics”ə açıqlamasında bildirib ki, yay aylarında gündəlik sərnişin axını 370-390 min civarında təşkil edib.
“Sentyabr ayında bu göstərici 400-420 min civarında olub. Gələn aylarda artımın müşahidə olunacağı istisna olunmur”, – deyə E. Məmmədov qeyd edib.
Qeyd edək ki, metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı bu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrünə nisbətdə 55,6% azalaraq 28,7 mln. nəfər olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button