Cəmiyyət

Bakı metrosunda koronavirus xəstələri saxlanılıb

Metrodan istifadə etmək istəyən və ictimai yerlərdə hərəkət erdən aktiv koronavirus xəstələri aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən metronun “Memar Əcəmi” və “Gənclik” stansiyalarına daxil olmağa çalışan 2 nəfər aktiv koronavirus xəstəsi – Qabil Ağayev və Ümüd Əliyev müəyyən olunaraq, aidiyyəti üzrə təhvil verilməklə müalicə təyin olunan ünvana yerləşdiriliblər.
Digər iki aktiv koronavirus xəstəsi Nəsimi və Abşeron rayonlarında ictimai yerlərdə aşkar edilib. Polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbir zamanı Etibar Xəlilov Abşeron rayonu “Yeni Bakı” yaşayış kompleksində, Elmar Mürsəlzadə isə Nəsimi rayonunda polis əməkdaşları tərəfindən ictimai yerdə müəyyən ediliblər.
Bu şəxslərlə profilaktik söhbət aparılıb və xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button