Cəmiyyət

“Bakı Kristal Zal”da yanğın-taktiki təlim keçirildi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti paytaxtın Səbail rayonu ərazisində yerləşən “Bakı Kristal Zalı” kompleksində yanğın-taktiki təlim keçirib. Bu barədə Nazirlikdən məlumat verilib. 

Qeyd olunub ki, təlimin keçirilməsində məqsəd baş verə biləcək yanğın zamanı obyektin müvafiq heyətinin zəruri davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması, yanğınsöndürmə qüvvələrinin operativ qaydada əməliyyat şəraitinin qiymətləndirilməsi və yanğının dərəcəsi barədə müvafiq qərarın qəbul olunması, yanğınla effektli mübarizə məqsədilə həlledici döyüş istiqamətinin müəyyənləşdirilməsi, yüksək saylı çağırışla cəlb olunan texnikaların qarşılanması və yönləndirilməsi, rabitə və arxa sahənin təşkil olunması, yanğınla mübarizə tədbirləri zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi və döyüş hərəkətlərinin aparılması qaydaları üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button