Mədəniyyət

Bakı İdman Sarayının yeni direktoru: “Müasir və standartlara uyğun işlər görəcəyik”

“Burada demək olar ki, işimiz çoxdur”.

Bunu “Report”a açıqlamasında Bakı İdman Sarayının yeni direktoru Əli Əsgərov deyib.

Əsgərov iki həftə ərzində gördükləri işlərə diqqət çəkib: “Burada internet sistemini yenilədik, mühafizəni sistemləşdirdik. Aşağı mərtəbədə idman zallarını yavaş-yavaş formalaşdırırıq. Çalışırıq ki, iş getsin. İki həftə ərzində çox iş görmüşük”.

O, müasir və standartlara uyğun işlər görəcəklərini bildirib: “Məni bu vəzifəyə gənclər və idman naziri Fərid Qayıbov təyin edib. Məqsədimiz çoxdur. Bu idman kompleksini qaldırmaq, 5 ulduzlu hotelin servisini qurmaq istəyirik. Müasir və standartlara uyğun işlər görməli, struktur qurmalıyıq”.

Əsgərov idman obyektində yeni təyinatların olacağını söyləyib: “İş prosesi böyüdükcə təyinatlar olacaq. Biz mühafizəni müasirləşdirməliyik. Burada mühafizə sistemini yenidən quracağıq”.

Yeni direktor özü barədə də danışıb: “47 yaşım var, əvvəllər boks, kikboksinq, cüdo və karate ilə məşğul olmuşam. Həmişə idmanla əlaqəm olub. Son olaraq “Azərişıq”da satışa nəzarət idarəsində rəis müavini kimi çalışmışam”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button