İqtisadiyyat

“Bakı Fond Birjası”nın dövriyyəsi 24% artıb

Bu ilin yanvar-noyabr aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 14 148,135 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,1 dəfə artaraq 10 828 olub.

BFB-nin dövriyyəsinin 48,4%-i, yaxud 6 851,011 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 10,5% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 63,5% azalaraq 651,379 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3,4 dəfə artaraq 6 645,746 milyon manat olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button