İqtisadiyyat

Bakı Beynəlxalq Avtovağzalında COVID-19 vaksinasiya məntəqəsi yaradılıb

Bakı Beynəlxalq Avtovağzal kompleksində sərnişinlər üçün COVID-19 vaksinasiya məntəqəsi yaradılıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.
O qeyd edib ki, avtovağzala gələn sərnişinlərdən COVID-19 pasportu tələb olunmasa da, kompleksin ərazisində fəaliyyət göstərən ticarət mərkəzinə daxil olmaq istəyənlərdən bu tələb olunur.
“Qaydalara görə iri ticarət mərkəzlərində COVID-19 pasportunun və vaksinasiya olunduğunu təsdiq edən sənədin olması zəruridir. Digər məqam, əyər sərnişin regionda vaksin olunubsa, amma paytaxta gəldiyi zaman o vaksinin ikinci dozasını etməlidirsə, bu zaman sərnişin Bakı Beynəlxalq Avtovağzalında mövcud olan vaksinasiya məntəqəsindən istifadə edə bilər”, – deyə N. Allahyarova qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button