Cəmiyyət

Bakı Avrasiya Universitetində Zəfər Günü ilə bağlı beynəlxalq tədbirə start verilib

8 noyabr Zəfər Günü ilə bağlı Bakı Avrasiya Universitetinin təşəbbüsü ilə torpaqlarımızın düşmən işğalından azad olunmasına həsr olunan beynəlxalq səviyyəli tədbirə start verilib.

Tədbirə ölkəmizdəki universitetlərin təmsilçiləri ilə yanaşı Türkiyə Cümhuriyyətinin Sağlık Bilimleri Universitetinin rektoru Cevdet Erdöl, Kütahya Dumlupınar Universitetinin rektoru Kazım Uysal, Bilecik Şeyh Edebali Universitetinin rektoru Şükrü Beydemir, Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi, Bolu Abant İzzet Baysal Universitetinin rektoru Mustafa Alişarli, Kütahya Dumlupınar Universitetinin prorektoru Atilla Batur, Bolu Abant İzzet Baysal Universitetinin Beynəlxalq əlaqələr ofisinin müdiri İbrahim Kürtül, Bilecik Şeyh Edebali Universitetinin prorektoru İlhami Yurdakul, Çankırı Karatekin Universitetinin prorektoru Hüseyin Odabaş da qatılacaqlar. Məlumatı universitetin mətbuat xidməti yayıb.

Məlumata görə, elm və təhsil xadimlərinin iştirakı baş tutacaq üç günlük tədbir zəngin proqrama malikdir və müxtəlif fəaliyyətlər yer alır. Tədbirlər proqramında Fəxri Xiyaban və Şəhidlər Xiyabanının, Şamaxıda naməlum türk məzarının və Şamaxı Cümə Məscidinin ziyarəti, İsmayıllı rayonunun Lahıc qəsəbəsinə və “Atəşgah məbədi” dövlət tarixi-memarlıq qoruğuna səfər və s. nəzərdə tutulmuşdur. Bütün bunlarla yanaşı Bakı Avrasiya Universitetinin rektoru ilə görüş və əməkdaşlığa dair müqavilələrin imzalanması, Yunus Əmrə İnstitutunda görüş də planlaşdırılmışdır. Bütün bunlarla yanaşı “Qarabağ Azərbaycandır mövzusunda” beynəlxalq konfrans da keçiriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button