Siyasət

Bakı Abxaziyadakı “parlament seçkiləri” ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Abxaziyada keçirilmiş qondarma “parlament seçkiləri” ilə bağlı bəyanat yayıb. Nazirlikdən verilən Bəyanatda deyilir:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”, – açıqlamada bildirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button