Siyasət

Bahar Muradova Latviya səfiri ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs ilə görüşüb.

İstiqlal.az xəbər verir ki, Komitə sədri Azərbaycanla Latviya arasındakı münasibətlərin tarixinin çox illər əvvələ getdiyini qeyd edərək, bildirib ki, hər zaman münasibətlərimizdə ölkələrimizi birləşdirən ortaq nöqtələri tapmağa, əməkdaşlığın hər iki tərəf üçün faydalı formalarına üstünlük verməyə çalışmışıq. B. Muradova hər iki ölkənin rəsmiləri başda olmaqla, parlamentləri, hökumətləri və cəmiyyətləri arasındakı əlaqələrin yüksək səviyyəsini vurğulayıb. O, Komitə ilə Latviyanın Rifah Nazirliyi arasında 2012-ci ildə imzalanan Anlaşma Memorandumunu xatırladaraq sənədin əsasında dayanan fəaliyyət istiqamətlərini indiki dövrdə daha çevik şəkildə irəli aparmağın vacibliyini qeyd edib.

Komitə sədri bildirib ki, qloballaşmanın təsiri nəticəsində baş verən hadisələr onu göstərir ki, xalq və dövləti ayaqda saxlayan əsas amil milli- mənəvi dəyərləri və zəngin tarixi keçmişidir: “Bizim üçün çətin tarixi və indi artıq arxada qoyduğumuz dönəmlərdə bu qənaətimizin daha da möhkəmləndiyini hiss etdik. İndi də dünya çətin dönəmlərdən birini yaşayır, münaqişələr və pandemiyalar səbəbindən ailələr, xalqlar üçün ürəkağrıdıcı hadisələr baş verir. Arzu edirəm ki, dünyamızı narahat edən məsələlər tezliklə aradan qalxsın”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button