Cəmiyyət

Bərdədə “Təzə bazar”da yoxlama keçirilib, nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan “Report”a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən, hüquqi şəxs “Ticarət Mərkəzi” MMC-yə məxsus “Təzə bazar” adlanan ticarət mərkəzində yoxlama keçirilib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi müəyyən olunub. Belə ki, bazar ərazisində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi, mənşəyi məlum olmayan müxtəlif növ məhsulların satışa çıxarıldığı, eləcə də müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçilərin sanitar geyimlə təmin edilmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button