Cəmiyyət

Bərdədə şirkət direktorunu bıçaqlayan bacıoğluya hökm oxunub

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə dayısını bıçaqlamaqda təqsirləndirilən Orxan Fərəcbəylinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, O.Fərəcbəyli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, hadisə 2020-ci ilin may ayında Bərdə rayonunun Şərəfli kəndində baş verib.
Kənd sakinləri Şamil Qasımov və O.Fərəcbəyli arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. O.Fərəcbəyli bıçaqdan istifadə etmək istəyərkən Ş.Qasımovun atası Məzahir Qasımov araya girərək onları aralaşdırmağa çalışıb.
Bu zaman O.Fərəcbəyli dayısı M.Qasımova 3 bıçaq zərbəsi vurub.
Ona Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.
“Azərtoxum” MMC-nin direktoru M.Qasımov 2005-2010-cu illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button