İqtisadiyyat

Bərdədə ilk dəfə yeni buğda sortları əkilib

Bərdə də toxumçuluq təsərrüfatında ilk dəfə yeni növ buğda sortlarının əkini həyata keçirilib.

Bu barədə “Report”un Qarabağ bürosuna məlumat verən toxumçu-fermer İkram Ziyadov bildirib ki, bu buğda sortları yeni üsulla əkilib.

O əlavə edib ki, onun sahəsində səpini həyata keçirilən yeni sortlar “tunc” və “oğuz” taxıl sortlarıdır: “Yeni sortlar, Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə stansiyasında yetişdirilib. Yeni sortların səpini ənənəvi üsullarla deyil, tirəli səpin üsuluyla həyata keçirilir. Bu sortların səpinini, nümayiş əkini kimi də dəyərləndirmək olar. Bu sortlara həm də xüsusi aqrotexniki qulluq göstərilməlidir və düzgün suvarılmalıdır. Bizim əkin sahələrimiz bir başa Yuxarı Qarabağ kanalından suvarıldığı üçün, torpağımızın münbitliyini də nəzərə alsaq yeni sortlardan 70-75 sentner məhsul götürnməyi planlaşdırmışıq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button