Cəmiyyət

Bərdə sakinlərindən “patı” və heroin götürülüb

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Emin Əliyev saxlanılıb.
Ondan satış məqsədi ilə əldə etdiyi külli miqdarda “patı” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir rayon sakini Qalib Abbaszadə saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button