İqtisadiyyat

BƏƏ qarşıdakı doqquz il ərzində 150 ​​milyard ABŞ dolları xarici investisiya cəlb etməyi hədəfləyir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Abdalla Alshamsi, Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Şükürov və Dubay Ticarət Palatasının Bakı ofisinin  direktoru Sənan Nəsiblinin iştirakı ilə  https://www.investemirates.ae/ saytında investorlara təqdim edilən xidmətlərlə bağlı videokonfrans vasitəsilə təqdimat təşkil edib.

İstiqlal.az xəbər verir ki, tədbirdə Azərbaycandan olan investorlar üçün Dubayla yanaşı, digər əmirliklərdə də mövcud olan biznes fürsətləri, eləcə də saytdan istifadə qaydası, güzəştlər, qanunlar, BƏƏ-dəki investisiya mühitinə dair digər məlumatlar verilib.

Sabit və təhlükəsiz mühit və investorlar üçün əlverişli qanunvericiliyə malik olmaqla BƏƏ investisiya üçün ideal yerdir. BƏƏ 2018-ci ildə yeni Birbaşa Xarici İnvestisiya Qanununun qəbul edilməsi ilə  azad zona daxil olmaqla bütün ölkə üzrə yurisdiksiyalarında aşağı vergi mühiti və investisiya üçün yeni imkanlar təklif edir. 2030-cu ilə qədər 10 ən böyük qlobal investisiya istiqamətlərindən biri olmaq istəyi ilə BƏƏ növbəti doqquz il ərzində  150 milyard ABŞ dolları həcmində ölkə daxilinə xarici investisiya cəlb etməyə çalışır.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button