Dünya

BƏƏ-nin Yəmən böhranına reaksiyası

Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Bakıdakı Səfirliyi ölkəsinin Yəmən böhranına cavab olaraq aşağıdakı məlumatları çatdırır.

Məlumatda bildirilir ki, 2015-2021-ci illər ərzində BƏƏ Yəmən böhranına 22.97 milyard AED (6.25 milyard ABŞ dolları) həcmində cavab verib.

BƏƏ COVID-19 ilə mübarizəyə Yəmənə göyərtəsində 122.1 ton tibbi ləvazimat, o cümlədən 65 süni nəfəs aparatı və ön cəbhədəki 122,000 tibb işçisi üçün 100,000 PCR testi daşıyan 6 təyyarə göndərib. Bundan əlavə, BƏƏ 60,000 dozada COVID-19 peyvəndi təmin edib.

2021-ci ildə BƏƏ BMT vasitəsilə Yəmənin bəzi bölgələrində müşahidə olunan ərzaq təhlükəsizliyi risklərinə cavab olaraq, 1 milyon uşaq daxil olmaqla, 6 milyon yəmənlinin ərzaq ehtiyacını ödəyəcək, Yəmənin tibb, qida və ərzaq təhlükəsizliyi ehtiyaclarını qarşılayan beynəlxalq proqramlara dəstək üçün 230 milyon ABŞ dolları təmin edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button