Dünya

BƏƏ-də sanitar aviasiya təyyarəsi qəzaya uğrayıb, 4 nəfər ölüb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə sanitar aviasiya təyyarəsinin qəzaya uğraması nəticəsində azı 4 nəfər ölüb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Ölənlərin təyyarənin texniki heyət üzvləri və təyyarədə olan tibb işçiləri olduğu bildirilir.
Qəzanın səbəbi və təyyarədəki sərnişinlərin dəqiq sayı barədə məluat verilmir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button