İdman

Azarkeşlərinin avrokubok oyunlarına buraxılması ilə bağlı qadağa aradan qaldırıla bilər

Qonaq komandaların azarkeşlərinin avrokubok oyunlarına buraxılması ilə bağlı qadağa aradan qaldırıla bilər.
Apasport.az saytının məlumatına görə, bunu UEFA açıqlayıb.
Bildirilir ki, koronavirus pandemiyası ilə bağlı qoyulan qadağaya yenidən baxılır: “Azarkeşlərin UEFA klub turnirlərində səfər etməsini qadağan edən qərara yenidən baxılır. Yaxın günlərdə yeni qərar açıqlanacaq. Azarkeşlərə tövsiyə edirik ki, yeni qərar verilənədək heç bir səfər təşkil etməsinlər”.
Qeyd edək ki, Azərbaycan klublarından yalnız “Qarabağ” mübarizəni davam etdirir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button