İdman

Azarkeşə görə “Lion”un xalı silinib

Fransa Liqa1-nin XIV turunda keçirilən və yarımçıq dayandırılan “Lion” – “Marsel” oyunu ilə bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, Fransa Peşəkar Futbol Liqasının İntizam Komitəsi meydan sahiblərinə ağır cəza kəsib.

Noyabrın 21-də baş tutan və ev sahiblərinin azarkeşinin şüşə butulka ilə qonaqların futbolçusu Dmitri Payeni vurması nəticəsində 5-ci dəqiqədə dayandırılan görüşün boş tribunalar önündə keçirilməsi qərara alınıb. Həmçinin “Lion”un aktivindən 1 xal silinib. Payeni vuran fanata isə 6 aylıq şərti cəza verilib.

Qeyd edək ki, bu mövsüm Fransa Liqa1-də “Monpelye” “Marsel”, “Nitsa” – “Marsel”, “Anje” – “Marsel”, “Lans” – “Lill” və “Sent-Etyenn” – “Lion” oyunlarında da bənzər hadisələr yaşanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button