Cəmiyyət

AZAL Bakıdan Almatıya uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) noyabrın 19-dan Bakıdan Almatıya və əks istiqamətdə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.

“Report” bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, uçuşlar hər həftənin cümə günlərində, əks istiqamətdə isə şənbə günlərində “Airbus A319” markalı hava gəmisi ilə həyata keçiriləcək.

Uçuş cədvəli ilə aviaşirkətin www.azal.az rəsmi saytında tanış olmaq mümkündür. Aviabiletlərin satışı aviadaşıyıcının saytı vasitəsilə, həmçinin akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Daşımaya yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-kazakhstan

Azərbaycanda COVID-19-a dair testdən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilib: https://www.azal.az/az/information/covid-clinics

Sərnişin Almatıdan Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və yaxud laboratoriyada verə bilər. Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.

Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür:

https://www.azal.az/az/information/covid-azerbaijan.

Qeyd olunan marşrutun sərnişinləri COVID-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button