Cəmiyyət

Azad olunmuş rayonlarda kooperasiyanın təşkilinə dəstək veriləcək

“Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Azad olunmuş rayonlara qayıdacaq şəxslər üçün kooperasiya haqqında məlumatlandırmalayihəysinin icrasına başlayıb.

Təşkilatdan verilən məlumata görə, layihə çərçivəsində 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun azad etdiyi rayonlara qayıdacaq məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Mingəçevir şəhəri, Oğuz Saatlı rayonlarında aqrar sektorda fəaliyyət göstərən fermerlər, kənd bələdiyyələrinin nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin yerli strukturlarının əməkdaşları, kənd təsərrüfat mütəxəssisləri üçün kooperasiya ilə bağlı ictimai dinləmələr keçiriləcəkdir. Kooperativdə birləşmək istəyənlər üçün hüquqi xarakterli və maliyyə-mühasibatla bağlı sənədlərin hazırlanmasına kömək ediləcək, konkret məsələlər üzrə məsləhətlər veriləcəkdir.

İctimai Birliyin sədri iqtisad elmləri doktoru prof. Həsən İsrafilovun verdiyi məlumata görə iştirakçılara kənd təsərrüfatının inkişafı ilə bağlı dövlətimizin həyata keçirdiyi siyasət, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dovlət Proqramı”-nın, eləcə də, kənd təsərrüfatı ilə bağlı Azərbaycan Respublikası Mülki, Vergi və Əmək Məcəllələrinin, İnzibati Xətalar və Cinayət qanunvericiliyndə olan müddəalar haqqında ətraflı məlumatlar veriləcəkdir. Dinləyicilər bu sahədə qabaqcıl dünya təcrübəsi ilə tanış ediləcək, konkret ölkələrdə kooperasiyanın təşkili texnologiyası izah ediləcək, ölkəmizdə kooperativ yaratmaq, kooperativdə birləşmək istəyən fermerlərə qanunvericiliyin müddəaları öyrədiləcəkdir.

Sonda iştirakçılara normativ aktların surətləri və aqrar kooperativlər fəaliyyəti üçün zəruri olan sənədlərin nümunələri paylanacaqdır. Təlimlərdə irəli sürülmüş təkliflər və iştirakçılar arasında keçirilmiş sorğular əsasında ümumiləşdirilmələr aparılacaq və əldə edilmiş nəticələr  müvafiq orqanlara təqdim ediləcəkdir.

Kənd təsərrüfatı sahəsində kooperativlərin rolunu göstərmək üçün qeyd edək ki, Beynəlxalq Kooperasiya Alyansının məlumatlarına görə, dünya üzrə kooperativ təşkilatları özündə 800 mln. üzvü birləşdirir. Kooperativlərdə 100 milyondan çox işçi və qulluqçu məşğuldur. Müxtəlif sahələrdə fəaliyyət göstərən kooperativlər Avropanın 37 ölkəsində 160 milyon kooperativ üzvünü birləşdirir. 30 min kənd təsərrüfatı kooperativi 600 min iş yerləri yaratmışdır. Yaponiyada kənd təsərrüfatı məhsullarının 50-55 faizi istehlak malları bazarına kooperativlər vasitəsilə, o cümlədən düyünün 64-65 faizi, tərəvəzin isə 90 faizə qədəri daxil olur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button