Gündəm

Azad olunan ərazilərdə daha 247 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan “Report”a verilən məlumata görə, aprelin 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 106, tank əleyhinə 141 mina və 156 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 237 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button