Cəmiyyət

Azad edilən ərazilərdə çalışacaq müəllimlərə güzəşt ediləcəkmi?

“Azad edilən ərazilərdə çalışacaq təhsil işləri üçün hər hansı güzəştlərin edilməsi ilə bağlı hazırda müzakirə yoxdur. Çünki həmin ərazilərdə hələ minatəmizləmə işləri davam edir”.

Bu fikirləri təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Şuşa və Ağdamda məktəblərin tikintisi üçün işlərə başlanılıb: “Təbii ki, ümumilikdə bir çox məktəblərdən söhbət gedir. Yəqin ki, orada çalışacaq müəllimlərin gedişi də planlaşdırılır. Çünki bir neçə məqama diqqət yetirmək lazımdır. Onlar həmin ərazilərə qayıtdıqda məktəblərin həcmi və şagird sayı dəyişə bilər. Bu, çox ciddi planlaşdırma tələb edən işdir”.

Nazir bildirib ki, hazırda azad edilən ərazilərə qayıdacaq təhsil işçiləri üçün güzəşt paketi ilə bağlı müzakirə mərhələsinə çatılmayıb: “Nə qədər müəllimin orada çalışması məsələsi də hələ müəyyənləşməyib. Bu, konkret rəqəm tələb edir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button