İqtisadiyyat

Azərbycanda əhali yanvar-fevralda alış-verişə 8,5 milyard xərcləyib

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 8,5 milyard manat olmaqla 2021-ci ilin yanvar-fevral aylarına nisbətən müqayisəli qiymətlərlə 4,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 8,2 milyard manata bərabər olub, onun 46,1 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

 

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 424,9 manat v ə ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,0 manat çox vəsait xərcləyıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button