İqtisadiyyat

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 10 milyard dollara çatıb

2021-ci ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 10 milyard ABŞ dolları səviyyəsinə çatıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iqtisadi əlaqələrdən danışarkən enerji sahəsi mühüm əhəmiyyət kəsb edir: “Neft və qaz sahəsində iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Trans-Adriatik kəmərinin istifadəyə verilməsi nəticəsində Azərbaycan qazının İtaliyaya çatdırılması mümkün olub”, – deyə nazir bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button