İqtisadiyyat

Azərbaycanla İran preferensial ticarət sazişinin imzalanmasına hazırlaşır

Azərbaycan və İran arasında preferensial ticarət sazişinin imzalanması istiqamətində hər iki ölkənin nümayəndələri və müvafiq orqanları arasında müzakirələr davam edir.

Bunu APA-nın İran bürosuna Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.

“Hazırda preferensial ticarət sazişi üzrə əhatə olunan malların siyahısı hər iki tərəfdə müəyyən edilib və artıq bu siyahı İran tərəfinə də təqdim olunub. 51-52 məhsulun həmin preferensial ticarət çərçivəsində güzəştli şərtlərlə idxal və ixracı nəzərdə tutulur. Həm İran, həm də Azərbaycan tərəfdən. Yəqin ki, tezliklə bu sazişin müzakirələri başa çatdırılacaq və sənəd imzalanacaq”, – diplomat bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button