İqtisadiyyat

Azərbaycanla Gürcüstan arasında iki sənəd imzalanıb

Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.
“APA-Economics” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir tədbir çərçivəsində həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalanıb.
“Bu sənədlərdən irəli gələn məsələlərin icrası qarşılıqlı faydalı əlaqələrimizin inkişafında əhəmiyyətli olacaq”, – nazir qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button