İqtisadiyyat

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 3 dəfədən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 10,908 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyin dövrü ilə müqayisədə 63,6% çoxdur.

Ötən 3 ayda xarici ticarət dövriyyəsinin 7,981 milyard dolları ixracın, 2,927 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 92,9%, idxal isə 15,7% artıb.

Son nəticədə xarici ticarətdə 5,054 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,1 dəfə çoxdur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button