Azərbaycanın qeyri-neft ixracında iştirak edən on əsas dövlət şirkəti

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft ixracında iştirak edən on əsas dövlət şirkəti 414,009 mln. ABŞ dollarında ixrac həyata keçirib.
“APA-Economics”in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın məlumatları əsasında apardığı hesablamalara görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 55,9% çoxdur.
İlin ilk yarısında qeyri-neft ixracında iştirak edən ölkənin on əsas dövlət şirkətinin reytinqi:
#
Şirkətlər
İxrac, mln. dollar
İllik dinamika
1
“Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”
118,3
66,4%
2
“Socar Polymer” MMC
96,4
48,8%
3
“Azergold” QSC
67,2
55,9%
4
“Azəralüminium” MMC
48,4
44%
5
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
47,5
4,3 dəfə
6
“Azərenerji” ATSC
32,4
-21,7%
7
“Azərbaycan Dəmir Yolları” QSC
1,2
–
8
“Azəripək” MMC
1,1
6,7 dəfə
9
“Caspian Geo” MMC
0,769
–
10
Naxçıvan MR Dövlət Energetika Xidməti
0,74
3,1 dəfə