İqtisadiyyat

Azərbaycanın qeyri-neft ixracı kəskin artıb

İxrac icmalının sentyabr sayına əsasən, 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycanın ixracı 13 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,6 mlrd. ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 mln. dolları və ya 37,1% artıb. 2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 mln. dollar ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım qeydə alınıb.
2021-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (143,8 mln. dollar) birinci olub. Bu siyahıda qızıl (140,1 mln. dollar) ikinci, pomidor (tomat) (128,2 mln. dollar) isə üçüncü yerdə qərarlaşıb.
2021-ci ilin yanvar-avqust ayları ərzində Rusiyaya 522,3 mln. dollar, Türkiyəyə 407,3 mln. dollar, İsveçrəyə 154,9 mln. dollar, Gürcüstana 109,5 mln. dollar və ABŞ-a 48 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Normallaşma prosesinin davam etdiyi dövrdə avqust ayı üzrə ixrac 1,6 mlrd. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 95,3% təşkil etməklə 230,4 mln. dollar olub. 2021-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 53,1% artaraq 38,3 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 106,6% artaraq 192,1 mln. dollar təşkil edib.
2021-ci ilin avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (54,4 mln. dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (48 mln. dollar) və İsveçrə üçüncü (25,5 mln. dollar) olub.
2021-ci ilin avqust ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (27,8 mln. dollar) birinci, qızıl (23,4 mln. dollar) ikinci və karbamid (11 mln. dollar) üçüncü olub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button