İqtisadiyyat

Azərbaycanın mobil telefon bazarının liderləri bəlli olub

Bu ilin aprel ayında Azərbaycanın mobil telefonları bazarında “Samsung”un payı mart ayı ilə müqayisədə 0,17 faiz bəndi artıb.

APA-Economics”in “Global Stats” statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, bu ilin mayın 1-nə “Samsung”un ölkə üzrə bazar payı 42,1% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 0,7 faiz bəndi azdır. Populyarlığına görə, “Samsung” ölkənin mobil telefon bazarında lider olaraq qalır.

Bu ilin aprel ayında “Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı mart ayı ilə müqayisədə 0,08 faiz bəndi artıb. Bu göstərici bu ilin mayın 1-nə olan məlumata görə, 33,5% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 0,3 faiz bəndi çoxdur.

Üçüncü yerdə bazar payı 17,3% olmaqla “Apple” şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı bu ilin aprelində (mart ayı ilə müqayisədə) 0,02 faiz bəndi azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 2,1 faiz bəndi çoxdur.

Digər mobil telefon istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: “Huawei” – 4%, “Realme” – 0,59%, naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 0,51%, “Lenovo” – 0,27%, LG – 0,24%, “Nokia” – 0,21%, ZTE – 0,06% və s.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button