Açıq HökumətSiyasət

Azərbaycanın diaspor təşkilatlarına bir sıra tövsiyələr verilib

Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün təmərküzləşmə prosesini davam etdirmək tövsiyə olunub.

“Report” xəbər verir ki, bu, Dünya Azərbaycanlılarının V Qurultayının Qətnaməsində öz əksini tapıb.

Həmçinin diaspor təşkilatlarına tövsiyə olunub ki, xalqımızın mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri daha da gücləndirməli və Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti daha da dərinləşdirilməlidir.

“Xarici ölkələrin parlamentlərində, dövlət və yerli özünüidarə orqanlarında azərbaycanlıların daha geniş təmsil olunmaları üçün tədbirlər gücləndirilsin. 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində, habelə hazırkı Ermənistanda qalan tarixi Azərbaycan torpaqlarında Azərbaycan xalqının milli-mədəni irsinin talan edilməsi, mənimsənilməsi və tarixi abidələrinin dağıdılması ilə bağlı faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə əlaqələndirilmiş tədbirlər həyata keçirilsin”, – tövsiyələrdə qeyd olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button