İqtisadiyyat

Azərbaycanda xarici şirkətlər üçün yeni tələb müəyyənləşib

Azərbaycanda hesab açmaq üçün müraciət etmiş xarici dövlətlərin hüquqi şəxsi tərəfindən özünüqiymətləndirmə sənədi təqdim edilmədikdə, hesabın açılmasından imtina olunmalıdır.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda əksini tapıb.
Eyni zamanda hesab açmaq üçün müraciət etmiş xarici dövlətlərin fiziki şəxsi tərəfindən də özünüqiymətləndirmə sənədi təqdim edilmədikdə, hesabın açılmasından imtina olunmalıdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button