Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Bu ilin yanvar-aprel ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 219,7 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,5% artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, emal edilən mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 87,2%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 59,3%, hörmə üçün hazır beton qarışığının istehsalı 39,2%, tikinti gipsinin istehsalı 25,5%, tikinti əhənginin istehsalı 18,3%, tikinti kərpicinin istehsalı 5,7%, sementin istehsalı 5,7% artıb, asfaltın istehsalı isə 82,9% azalıb.
Mәhsul növlәri
2021-ci ilin yanvar-aprel aylarında istehsal edilib
Əvvəlki ilin müvafiq ayına nisbətən, %
Sement, min ton
963,2
105,7
Tikinti gipsi, min ton
5,9
125,5
ondan әmtәәlik
5,9
128,3
Tikinti әhәngi, min ton
12,3
118,3
Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton
21,5
159,3
Betondan yığma tikinti konstruksiyaları, min kub metr
9,5
70,4
Asfalt, min ton
8,0
17,1
Tikinti kәrpici, min kubmetr
149,3
105,7
Hörmә üçün hazır beton qarışığı, min ton
716,6
139,2
Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton
9 534,9
187,2