Cəmiyyət

Azərbaycanda tanınmış idmançı həbs edilib

Azərbaycanda tanınmış idmançı həbs edilib.
“Report”un xəbərinə görə, dünya və Avropa çempionu Xəyyam Səfixanov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən 5,012 qram heroin, 0,072 qram metafitamin, 2,475 qram tramadol aşkarlanıb.
Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə X.Səfixanovun barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.
Xatırladaq ki, X.Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub. O, daha əvvəl məhkumluq həyatı yaşayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button