Cəmiyyət

Azərbaycanda son sutkada 12 nəfər COVID-19-a yoluxub – ölən yoxdur

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 630 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 862 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 59 nəfərdir.

Ölkədə son sutka ərzində 2 493, hazırkı dövrədək isə 6 834 816 test aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button