Azərbaycanda oksigen istehsalı dörd dəfə artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 479,3 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 6 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 24% artıb, kimya sənayesində isə 13,4% azalıb.
Məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 96,7%, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 9,1 dəfə artıb.
Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri
2021-ci il, yanvar-aprel
2020-ci ilin müvafiq ayına nisbətən, %
Azot, min kub m
7 207,8
96,4
ondan əmtəəlik
102,8
46,7
Yod, ton
54,4
98,2
Oksigen, min kub m
3 409
4,4 dəfə
ondan əmtəəlik
3 396,2
4,4 dəfə
Propilen, min ton
45,2
100,9
ondan əmtəəlik
42,1
96,3
Polietilen, min ton
52,4
91,6
Etilen, min ton
52,7
91,3
Metanol (metil spirti), min ton
0,1
0,1
Lak-boya məmulatları, ton
7 259,3
196,7
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton
13 577,2
160,7