İqtisadiyyat

Azərbaycanda internet məkanında vulqar sözlərin aşkarlanması modeli işlənilir

AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən veb-kontentlərdə vulqar sözlərin aşkarlanması modeli işlənilir.
“APA-Economics” İnstitutun yaydığı məlumata istinadən xəbər verir ki, tədqiqat işində maşın təlimi metodlarından istifadə etməklə vulqarizmlərin aşkarlanması istiqamətində yanaşma təklif edilir.
Bu yanaşmanın uşaq və yeniyetmələrin veb-səhifələrdə zərərli məzmundan qorunması, onların internet təhlükəsizliyinin təmin olunması və informasiya mədəniyyətinin formalaşmasına köməklik göstərəcək.
Veb-səhifələrdə olan vulqar danışıq, leksikon (söyüş, jarqon, təhqir və s.) uşaq auditoriyası üçün zərərli məzmun hesab edilir. Onlayn mühitdə uşaq və yeniyetmələrin vulqarizmlərlə qarşılaşması müxtəlif mənfi hallara səbəb olur. Belə ki, uşaqlar psixoloji sarsıntı keçirir, özlərini alçaldılmış hesab edir və ya intihara təşəbbüs göstərirlər.
Son dövrlərdə isə sosial şəbəkələr, forumlar, bloqlar və digər rəy mənbələrində söyüş ifadələri, nifrət, terror, qəddarlıq və s. məzmunlu fikirlərlə zəngin kontentlərin sayı nəzərəçarpacaq dərəcədə artmaqdadır. İnternetdə zərərli məzmunla qarşılaşma uşaqların sağlamlığı və psixologiyasına öz mənfi təsirini göstərir. Bu faktorlara əsasən, veb-səhifələrdə olan zərərli məzmunun daha dəqiq müəyyənləşdirilməsi və süzülməsi üçün mətn aşkarlama metodlarının inkişaf etdirilməsinə ehtiyac yaranıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button