İqtisadiyyat

Azərbaycanda indiyədək 2 mlrd. tondan çox neft hasil edilib

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatına başlanmasından (1846-cı il) 01.01.2021-ci il tarixinə qədər 2,11 mlrd. tondan artıq neft hasil edilib.
“APA-Economics”in SOCAR-ın illik hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə və 900 mlrd. kubmetrdən çox qaz hasil edilib.
Hesabata əsasən, “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarından neft və qaz hasilatına başlanması tarixindən (1997-ci il) 01.01.2021-ci il tarixinə qədər 523,9 mln. ton neft və 176,7 mlrd. kubmetr qaz hasil edilib.
“Bu yataqlardan hasil edilmiş neftin 309,4 mln. tonu Azərbaycanın “mənfəət” nefti kimi satılaraq ölkə iqtisadiyyatının inkişafına böyük təkan verib”, – hesabatda deyilir.
Sənəddə həmçinin qeyd olunub ki, cari ilin yanvarın 1-nə ölkə üzrə istismarda olmuş yataqlardan işlənmənin əvvəlindən 2 116,9 mln. ton neft-kondensat və 901,5 mlrd. kubmetr qaz hasil olunub, o cümlədən, quruda yerləşən yataqlardan 980,9 mln. ton neft-kondensat, 139,5 mlrd. kubmetr qaz, dəniz yataqlarından 1 136,0 mln. ton neft-kondensat, 762 mlrd. kubmetr qaz hasil edilib.
Qeyd olunur ki, bu vaxta qədər SOCAR və xarici neft şirkətləri arasında “Hasilatın pay bölgüsü” tipli 37 saziş imzalanıb. Bunlardan 21 saziş Xəzərin Azərbaycan sektorunu, 16 saziş isə quru sahələrini əhatə edir ki, hazırda bunlardan 18 saziş üzrə (7 dəniz, 11 quru sahələri üzrə) işlər həyata keçirilir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button