İqtisadiyyat

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin 81 %-ni kişilər götürüb

Bu il yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 36 762 kredit verilib ki, bunun da 59,5 %-ni  aylıq gəliri 1 100 manatdan çox olan şəxslər alıb.

“Report” bu barədə Fonda istinadən xəbər verir.

Kreditlərin 13,8 %-ni aylıq gəliri 901-1 100 manat, 14,3 %-ni aylıq gəliri 701-900 manat, 9,6 %-ni aylıq gəliri 501-700 manat, 2,8 %-ni isə aylıq gəliri 500 manatdan az olan şəxslər götürüb.

Kredit götürən şəxslərin 53,5%-i dövlət sektorunda, 46,5 %-i isə özəl sektorda fəaliyyət göstərib. Borc alanların 69 %-i evli, 31 %-i subay, eləcə də 81 %-i kişi, 19 %-i isə qadın olub.

Borcalanların yaş bölgüsünə gəlincə isə, 18-29 yaş arasında olanlar 35,1 %, 30-35 yaşa arasında olanlar 33,8 %, 35 yaşdan yuxarı olanlar isə 31,1 % paya malik olub.

Güzəştli kreditlər hərbi qulluqçulara (7 308), dövlət qulluqçularına (1 955), xüsusi rütbəli şəxslərə (1 090), məcburi köçkünlərə (912), müəllimlərə (723), elm adamlarına (334), idmançılara (148), şəhid ailələrinə (53) və milli qəhrəmanlara (8) verilib.

Bütün kreditlərinin pay bölgüsündə isə hərbçilər (7 194), maliyyə qurumlarında çalışanlar (6 863) və enerji sektorunda işləyənlər (3 849) ilk üçlükdə qərarlaşıb. Onları hüquq-mühafizə orqanlarının əməkdaşları (3 582), təhsil işçiləri (1 878), dövlət qurumlarında çalışanlar (1 485), rabitə və informasiya texnologiyaları sektorunun işçiləri (1 162), tikinti sektorunda çalışanlar (829), xidmət sektorunun işçiləri (823), nəqliyyat sektorunda çalışanlar (679), səhiyyə işçiləri(638), sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar (244), kommersiya fəaliyyəti ilə məşğul olanlar (156), fərdi sahibkarlar (30) və digərləri (7 350) izləyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button