İqtisadiyyat

Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişindaşımalar azalıb 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 80,4 mln. ton yük daşınıb ki, bu da illik müqayisədə 3,1% azdır.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə avtomobil nəqliyyatı ilə 797,4 mln. sərnişin daşınıb, bu da illik ifadədə 7,3% azalma deməkdir.
Məlumata görə, sərnişinlərin 91,5%-i avtobus, 8,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button