İqtisadiyyat

Azərbaycanda avtokreditləşmə kəskin azalıb – SƏBƏB

Bu ilin sentyabr ayının 1-nə Azərbaycanda kredit təşkilatlarının (bank və bank olmayan kredit təşkilatları) portfelindəki avtomobil alışı məqsədləri üçün verilmiş kreditlərin məbləği 24,5 mln. manat təşkil edib.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Bankdan verilən məlumata görə, avtokreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalıb.
Beləliklə, avtokreditlərin kredit təşkilatlarının ümumi portfelindəki payı cəmi 0,16% təşkil edib.
“Əvvəlki dövrlərdə avtomobil kreditləşməsindən qaynaqlanan risklərin səviyyəsi nəzərə alınaraq, AMB tərəfindən 2014-cü ildə “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a edilmiş dəyişikliklərdən sonra bu seqment üzrə tələblər sərtləşdirilib. Yeni yanaşmanın tətbiqindən sonra, avtomobil kreditləri üzrə qalığın əhəmiyyətli azalması tendensiyası müşahidə edilir”, – AMB-dən bildirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button