Cəmiyyət

Azərbaycanda 630 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda ötən sutkada koronavirus (COVID-19) infeksiyasına 630 yeni yoluxma faktı qeydə alınıb, 521 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 620 min 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 min 58 nəfər müalicə olunaraq sağalıb, 8 min 437 nəfər vəfat edib. 7 min 184 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 262, bu günə qədər isə ümumilikdə 5  milyon 933 min 628 test icra olunub.

Son sutkada koronavirus əleyhinə 32 min 306 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 188, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 min 249 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 471 min 597, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 181 min 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 692 min 515, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 597 min 299 təşkil edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button