Azərbaycan yığması Valeri Lobanovskinin xatirə turnirinə 24 futbolçu ilə yollanacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Milan Obradoviç Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə güvənəcəyi heyəti müəyyənləşdirib.
Millimiz Ukrayna Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirə 24 futbolçu ilə yollanacaq. Turnir mayın 25-dən 29-dək baş tutacaq.
Qeyd edək ki, millimiz turnir çərçivəsində mayın 26-da Ukrayna, 27-də isə Özbəkistan yığması ilə qarşılaşacaq.
1
Nicat Mehbalıyev
Sabah
2
Rüstəm Samiqullin
Sabah
3
Əlirza Müştəbazadə
Neftçi
4
Rauf Hüseynli
Qarabağ
5
Arsen Ağcabəyov
Sabah
6
Rüfət Əhmədov
Qəbələ
7
Zamiq Əliyev
Qarabağ
8
Cəlal Hüseynov
Zirə
9
Mert Çelik
Neftçi
10
Elçin Mustafayev
Keşlə
11
Nihad Qurbanlı
Neftçi
12
Səbuhi Abdullazadə
Sumqayıt
13
Asim Əlizadə
Neftçi
14
Şakir Seyidov
Sabah
15
Ədilxan Qarəhmədov
Səbail
16
Veysəl Rzayev
Sabah
17
Fərid Yusifli
Neftçi
18
Turan Vəlizadə
Keşlə
19
Rüfət Abdullazadə
Sumqayıt
20
Vüsal Əsgərov
Neftçi
21
İsmayıl Zülfüqarlı
Neftçi
22
Camal Cəfərov
Sabah
23
Vidadi Cəfərov
Turan Tovuz
24
Musa Qurbanlı
Zirə