İqtisadiyyat

Azərbaycan yanvarda Türkiyədən 31 milyon dollarlıq kimyəvi maddə alıb

Bu ilin yanvar ayında Türkiyə Azərbaycana 30,743 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar ixrac edib.

Türkiyə İxracatçılar Məclisi (TİM) xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % azdır.

Ötən ay Türkiyənin ümumi kimyəvi maddələr və məhsullarının ixracının dəyəri isə illik müqayisədə 30,1 % çox – 2 milyard 135,683 milyon ABŞ dolları təşkil edib. Qonşu ölkənin kimyəvi maddələr və məhsullarının ən böyük idxalçıları Hollandiya (152,839 milyon ABŞ dolları, 277,7 % çox), İtaliya (139,383 milyon ABŞ dolları, 35,2 % çox) və ABŞ (124,679 milyon ABŞ dolları, 49,3 % çox) olub

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button