ManşetSiyasət

Azərbaycan XİN Paşinyana cavab verdi

 

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması durur.

Bunu virtualaz.org-a Ermənistanın baş naziri N.Paşinyanın “Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək” kimi bəyanatına münasibət bildirərkən Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

”Cənab Paşinyanın məntiqini anlamaq çətindir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması durur. Bu tələb BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?”,- deyə L. Abdullayeva bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında rəsmi Bakı ilə tez-tez səslənən “sülh əvəzinə ərazilər” tezisinin müzakirə edilmədiyini və onun rəhbərlik etdiyi hökumətin Dağlıq Qarabağ siyasətini əvvəlki hakimiyyətlərin yürütdüyü siyasətlə müqayisə edənlərin yanıldığını bildirib.

 

İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button