İqtisadiyyat

Azərbaycan və Qazaxıstan logistika üzrə əməkdaşlıq sazişi imzalayıb

Qazaxıstanın Nur-Sultan şəhərində “Qazaxıstan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov arasında görüş olub.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) üzrə multimodal daşımaların gələcək inkişafına dair müzakirələr aparılıb.

Tərəflər marşrut üzrə keçid qabiliyyətinin artırılması və tranzit vaxtının azaldılması istiqamətində görülən işlərin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Görüşün yekununda hər iki ölkənin dəmir yolu qurumları rəhbərləri tərəfindən logistika sahəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığa dair saziş imzalanıb.

Məlumat üçün bildirək ki, 2021-ci il üçün BTNM marşrutu üzrə daşımaların həcmi 586,2 min ton, konteynerlərin daşınması 25 270 TEU olub. 2022-ci ilin yanvar-mart aylarında həmin marşrut üzrə 266,3 min ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 123% çoxdur. Konteyner daşımaları 5847 TEU təşkil edib. Bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 19% çoxdur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button