Siyasət

“Azərbaycan Ukrayna-Rusiya görüşünə ev sahibliyi etməyə hazırdır” – Hikmət Hacıyev

“Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Ukraynada savaşın dayandırılması, atəşkəsin əldə olunması üçün səylər göstərilir”.

Bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Prezidentin köməkçisi bildirib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün keçirilməsi böyük addım idi: “Bu, sülhə ən böyük töhfə idi. Biz də öz tərəfimizdən bunu təqdir edirik, beynəlxalq ictimaiyyət də bunu yüksək səviyyədə qiymətləndirir”.

Hikmət Hacıyev Ukrayna-Rusiya görüşünə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı məsələyə də münasibət bildirib: “Ukrayna tərəfindən belə təklif olunmuşdu. Belə bir niyyət olarsa, biz hər zaman ev sahibliyi etməyə hazırıq. Azərbaycan əvvəllər ABŞ-la Rusiya generallarının görüşlərinə, NATO-Rusiya dialoquna ev sahibliyi edib. Burada məntiq ondan ibarətdir ki, Azərbaycan nə NATO-nun, nə də KTMT-nin üzvüdür. Azərbaycan həmçinin Qoşulmama Hərəkatına sədrlik edir. Təklif olarsa, Azərbaycan öz dəstəyini verməyə hazırdır. Biz Ukraynada baş verən böhranı görürük. Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımlar davam edir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button