İqtisadiyyat

Azərbaycan şirkətləri Türkiyədən “rəqəmsal vizit kart”lar alıb

Türkiyənin “Smart Over Yazılım” anonim şirkəti koronavirus (COVID-19) pandemiyasının başlamasından sonra yaratdığı “rəqəmsal vizit kart”ları qısa müddətdə Azərbaycan və Hollandiyaya ixrac edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

NFC texnologiyası ilə işləyən yeni vizit kartlar çiplə təchiz olunub. Mobil telefonu həmim çipə yaxınlaşdırmaqla lazımi məlumatları əldə etmək, telefonun yaddaşında saxlamaq mümkündür. Əgər telefon NFC texnologiyasını dəstəkləməmirsə, bu zaman kartın üzərindəki QR kodu skan etməklə kart sahibi barədə məlumatları əldə etmək olar.

“Rəqəmsal vizit kart”ları Azərbaycanda 20, Hollandiyada isə 70 nşirkətə satmışıq”, – deyə şirkətin həmtəsisçisi Faruk Çıbuk bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button