İqtisadiyyat

Azərbaycan şirkəti ölkə xaricində Qlobal bankın tenderində qalib oldu

Azərbaycanın konsaltinq şirkəti EKVİTA Özbəkistanda Asiya İnkişaf Bankının (AİB) “Mərkəzi və Qərbi Asiyada Gender-İnklüziv Layihələrinin Hazırlanması və İcrası” adlı layihə üzrə beynəlxalq tenderində qalib elan edilib.

Şirkətdən verilən məlumata görə, tender AİB-nın beynəlxalq satınalma portalı vasitəsilə keçirilmiş və AİB-nın baş qərargahı Manila şəhərində qiymətləndirilmişdir. EKVİTA topladığı ən yüksək texniki bala görə Çin, Hindistan və Yeni Zelandiyadan olan xarici şirkətlər arasından qalib seçilmişdir. Beləliklə EKVİTA, xaricə çıxış əldə edən Azərbaycanın ilk konsaltinq şirkəti olub.

“13 ildir ki fəaliyyət göstərən EKVİTA şirkətinin həm özünün insan resursları, həm də təcrübəsi imkan verir ki, Asiya İnkişaf Bankı kimi böyük bir qurumun tələblərinə uyğun olan layihəni ölkə xaricində icra edə bilsin”, – məlumatda deyilir.

Bu Texniki Yardım (istinad nömrəsi: TA 6693-REG) layihəsinin məqsədi Özbəkistanın əsas dövlət agentlikləri, təhsil müəssisələri və biznes assosiasiyaları ilə sıx işləyərək STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) və TVET (texniki və peşə təhsili və təlimi) üzrə təlim materiallarının qiymətləndirilməsidir. Layihə Özbəkistanın Xivə, Urgənc və Buxara regionalarındakı qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində, həmçinin dəmiryolu və turizm sektorundakı iş yerlərinə yiyələnmək üçün qarşılaşdıqları çağırışları və maneələri müəyyən edəcək.

Bu qiymətləndirmənin nəticəsi olaraq, EKVİTA bütün maraqlı tərəflər üçün tövsiyələr hazırlayaraq təlim planı təşkil edəcək və bacarıqların inkişafı planı hazırlayacaq. Bu işlərin icrasında EKVİTA həm beynəlxalq, həm də Azərbaycan və Özbəkistan ekspertlərinin bacarığına əsaslanacaq.

Son illər EKVİTA Orta Asiya, Türkiyə və Balkan ölkələrində gender bərabərliyi, KOB-ların və startapların inkişafı, əmək siyasəti və digər müxtəlif kommersiya layihələrində iştirak etmişdir.  Gender bərabərliyi və gender inklüzivliyi kimi həssas bir mövzuda çalışacağımızdan xüsusi qurur duyuruq və bu layihəni həm AİB, həm benefisiarlar üçün uğurlu olması üçün əlimizdən gələni edəcəyik.

“Bu uğur EKVİTA-nın regional konsaltinq şirkəti olması yolunda uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Bu günədək EKVİTA 13 ildən artıq müddətdə Azərbaycanda iş yerləri açaraq və iqtisadiyyatımıza töhfə verərək uğurla çalışmışdır. Bu kimi layihələr sayəsində biz iqtisadiyyata öz töhfəmizi daha da artıracağımıza ümidliyik. Həmçinin, ən yüksək texniki bal toplamağımız AİB-nın bizə göstərdiyi etimaddan xəbər verir” EKVİTA şirkətinin təsisçisi və direktoru İlqar Mehti deyərək bildirib.

EKVİTA hüquq, vergi, maliyyə, audit və idarəetmə üzrə tam əhatəli konsaltinq xidməti göstərir. Özəl sektordakı müştəriləri sırasında dünya miqyasında fəaliyyət göstərən və “Fortune 500”-də yer alan şirkətlər yer alıb. Müxtəlif dövlət layihələri ilə yanaşı, EKVİTA həmçinin, Avropa Komissiyası, Ümumdünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq donorların irihəcmli layihələrinin icrasında iştirak etmişdir.

EKVİTA-nın aparıcı mövqeyi IFRL 1000, Legal 500, Chambers & Partners kimi beynəlxalq reytinq təşkilatları tərəfindən və müvafiq beynəlxalq standartlarla tanınır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button