İqtisadiyyat
Azərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkəsini üstələyir

SOCAR yeraltı qaz anbarlarının həcminin 5 mlrd. kubmetrə çatdırılması istiqamətində işlər aparılır.
“APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, Azərbaycanda Qalmaz və Qaradağ olmaqla, iki yeraltı qaz anbarı mövcuddur və bu anbarların ümumi həcmi 3,5 mlrd. kubmetrə bərabərdir.
Qeyd olunur ki, Azərbaycanın illik qaz istehlakının 13 mlrd. kubmetr olduğu diqqətə alınarsa, ölkədə daxili tələbatın təqribən 30%-i nisbətində təbii qaz saxlama tutumu mövcuddur. Azərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkəsini üstələyir.